Təhlükəsiz İnternet günü

s7

Hörmətli müəllimlər.

Bu il 9 fevral 2016- cı il tarixi dünyada Təhlükəsiz İnternet günü kimi qeyd edilir. İnternetin həyatımızda hər güm daha çox yer tutur Şagirdlərimizin və övladlarımızın İnternetdə təhlükəsizliyini təmin etmək, onları internetdə təhlükəsizlik qaydaları barəsində məlumatlandırmaq biz müəllimərin və valideynlərinin vəzifəsidir. Aşağıdakı linkdə şagirdlərinizi bu barədə məlumatlandırmaq, bu barədə dərs, tədbir təşkil təşkil etmək üçün  təhlükəsizliq qaydalarını əks elətdirən poster, müəllimlər üçün təqdimat, şagirdlərinizlə istifadə edə biləcəyiniz tapşırıq növləri verilmişdir.

Resurslar üçün link: https://drive.google.com/folderview?id=0B7uyMv1mHyxBOVpvakFqX2VBbVE&usp=sharing

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz: http://www.saferinternet.org.uk

Səs şkalası

Hörmətli müəllimlər.Screen Shot 2016-01-04 at 9.51.11 PM.png

dərslərinizdə istifadə edə biləcəyiniz səs şkalasını sizinlə payalaşmaq istəyirəm. Fayl powerpoint proqramında hazırlanıb. Şkaladan sinifdə sakitliyi təmin etmək üçün istifadə edə bilərsiniz.  Şkala əvvəlcədən şagirdlərə izah edilməlidir ki, hansı göstəricidə nə  etməlidirlər.

  • Əvvəlcə aşağıdakı linkdə verilmiş faylı kompüterinizə yükləyin
  • Təqdimatı  açın  və nümayiş rejiminə keçin.
  • Yaşıl, sarı, qırmızı düymələrə klikləməklə səhifələrə keçid edə bilərsiniz.

Faylı yükləmək üçün link : https://drive.google.com/file/d/0B7uyMv1mHyxBX29NUE5JRkJMcWs/view?usp=sharing 

İngilis dili biliklərinizi inkişaf etdirmək üçün sayt

Hörmətli müəllimlər.

lBu gün sizləri  ingilis dili biliklərinizi inkişaf etdirə biləcəyiniz, həmçinin  ingilis dili dərslərinizdə istifadə edə biləcəyiniz bir lingualeo.com saytı tanış etmək istəyirəm. Saytda inglis dilində söz biliklərinizi və qaramatik bliklərinizi inkişaf etdirə biləcək çoxlu sayda video, mətn, maraqlı tapşırıqlar. Sayt vasitəsi ilə digər insanlarla da ünsiyyət qura bilərsiniz. Saytdan ilk dəfə qeydiyatdan keçəndə ingilis dili biliklərinizi oxuma, yazma, dinləyib anlama bacarıqlarınızı, qramatika ilə bağlı biliklərinizi test vasitəsi ilə yoxlayır və sizə uyğun səviyyəni seçir və özünüz üçün hədəf müəyyən edirsiniz. Tapşırıqlar və videolarda çox maraqlı mövzulardan istifadə olunub. Təkrar menecerindən istifadə edib hər gün öyrəndiyiniz sözləri təkrarlayırsınız və ya öyrənmək üçün yeni sözlər seçirsiniz.

Ümid edirəm ki, hər biriniz üçün faydalı olacaqdır.

Sayta daxil olmaq üçün link: http://lingualeo.com/

Saytdan istifadə haqqında video təlimat:http://lingualeo.com/

Faydalı resurslar tapa biləcəyiniz 3 sayt

Hörmətli müəllimlər.mainpage2

Aşağıda verilmiş saytlarda dərslərinizdə istifadə edə biləcəyiniz müxtəlif şəkillər, dərs planları, tapşırıq növləri, iş vərəqləri,
şəkillər tapa bilərsiniz. Resurslar əsasən ibtidai siniflər üçün nəzərdə tutulmuşdur. Aşağıdakı  videoda saytlardan istifadə qaydası verilmişdir.

  1. http://www.primaryresources.co.uk
  2. http://www.egitimhane.com
  3. http://www.kidscanhavefun.com

 

İbtidai siniflər üçün”kəs yapışdır ” nümunələri

Hörmətli müəllimlər.18

Uşaqların dərslərdə maraqla oynadıqları və öyrəndikləri müxtəlif oyunlar var.  Bu oyunlardan  biri də”kəs- yapışdır” oyunudur.  Bu oyunda istifadə etmək üçün şəkilləri aşağıdakı linkdən yükləyə bilərsiniz. Şəkilləri kompüterinizə yükləyin. Çap edin və şagirdlərinizə paylayın, şagirdlər şəkilləri rəngləsinlər və kəsib yapışdırsınlar.

https://drive.google.com/folderview?id=0B7uyMv1mHyxBc0Zoa0VPa091UG8&usp=sharing

Öyrədici oyunlar tapa biləcəyiniz 8 sayt

Hörmətli müəllimlər. url

Aşağıdakı saytlarda müxtəlif öyrədici oyunlar tapa bilərsiniz. Oyunlar uşaqlar üçün təhlükəsizdir və bir çoxu elektron lövhə üzərində də işləyir. Əgər sizin şagirdinizin kompüter oyunlarına marağı çoxdursa, bu saytlar sizə imkan verəcək ki,  onların bu marağından dərslərində istifadə edə biləsiniz.

  1. http://www.topmarks.co.uk
  2. http://www.egiticioyunlar.org
  3. http://www.funbrain.com
  4. http://www.abcya.com
  5. http://mathsframe.co.uk
  6. http://pbskids.org
  7. http://www.poptropica.com
  8. http://www.primarygames.com

Nə üçün dərslərimizdə online resurslardan istifadə etməliyik?

Texnologiya artıq həyatımızın bir hissəsinə çevrilib vədownload bizimlə yanaşı artıq şagirdlərimizin və övladlarımızın da həyatlarının bir hissəsinə çevrilir. Şagirdlərimizin və övladlarımızın texnologiyaya, internetə çox böyük marağı var Bəs nə üçün onların bu marağından təhsililərində istifadə etməyək? Bu gün ki yazımda mən sizinlə online öyrənmə resursları haqqında danışmaq istəyirəm. Online resurs dedikdə nə nəzərdə tutulur? Fikrimcə bu anlayışa dəqiq tərif vermək çətindir. Online öyrənmə resurslar dedikdə şagirdlərin daxil olub müəyyən öyrədici matrealları, videoları əldə etdikləri, müəyyən tapşrıqları yerinə yetirdikləri internet səhifələri kimi qəbul etmək olar. Bəs nə üçün bu resurslardan istifadə vacibdir? Müasir təhsil tələb edir ki, tədris prosesi sinifdə yekunlaşmasın. Biz şagirdlərin istənilən yerdən və istənilən zaman öyrənə bilmələrini təmin etməliyik. İstər evdən, istər məktəbdən, istər dərs zamanı və ya dərsdən sonra. Online resurslardan istifadə zamanı şagird, evdən və yaxud məktəbdən bu resurslara daxil olub müəyyən tapşırıqları həll edir, dərsləri izləyir. Online resurslarını digər bir üstünlüyü isə oyunlaşdırma üsullarına üstünlük vermələri və güclü motivasiya vasitələri olmalarıdır. Şagirdlərin görəcəyi iş, həll edəcəyi tapşırıqlar onlara oyun halında, izləyəcəyi və dinləyəcəyi dərs isə animasiya, maraqlı videolar- onlar üçün daha cəlbedici formalarda təqdim olunur. Bu resurslardan istifadə etməklə dərsə qarşı marağı az olan şagirdlərin belə diqqətini dərsə cəlb eləmək mümkündür. Başqa bir məsələ isə şagird yaradıcılığı ilə bağlıdır. Online resurslardan düzgün istifadə, şagirdin yaradıcılıq qabiliyyətin artmasına kömək edir. Online resurslardan istifadə etməklə şagird öz yaradıcılığını müxtəlif formalarda əks etdirə bilir. Siz bu resurslardan istifadə eməklə müxtəlif tipli öyrənmə üsullarına malik şagirdlərin fəaliyyətini dəstəkləyirsiniz. Onlar özlərinə uyğun öyrənmə üsulundan istifadə etməklə daha yaxşı öyrənirlər.

Online resurlardan istifadə həmçinin şagirdin uğurlarının və nəticələrinin izlənilməsi üçün, onun güclü və zəif olduğu nöqtələri aşkarlamaq üçün gözəl vasitədir. Siz daima şagirdinizin nəticələrini izləyə bilər , güclü və zəif olduğu məqamları öyrənərək, şagirdinizə fərdi yanaşma imkanı qazana bilərsiniz. Online resurlardan istifadə etmək şagirdin bu prosesdə yalnız buraxılması kimi başa düşülməməlidir. Şagird daima müəllim və valdeyn nəzarətində olmalı, dəstəklənməlidir. İlk növbədə müəllim şagirdin bacarıqalarına,maraqlarına uyğun resurslardan istifadə etməlidir. Valideyn isə şagirdə evdə bu resurslardan istifadəyə köməklik göstərməli, şagirdə evdə nəzarət etməlidir. Bu prosesdə valideyn və müəllim əməkdaşlığı mühüm rol oynayır.

Ölkəmizdə bu resurslardan istifadə zamanı yaranan problemlərdən biri dil problemidir. Çünki belə resurslar əksər hallarda rus, ingilis və ya digər dillərdə olur. Lakin digər tərəfdən şagirdin başqa dildə bu resurslardan istifadə etməsi onun xarici dil biliklərinin inkişafına da öz köməyini göstərəcəkdir.

Smart Notebook

Günümüzdə  istifadə olunan elektron lövhələrin  bir növü dəsmart Smart lövhələrdir. Öz imkanlarına, hazır resurslarına görə digər lövhələrdən fərqlənən bu lövhələrdə dərs hazırlamaq üçün Smart Notebook proqramından istifadə edilir.

Aşağıdakı linkdə bu proqramdan istifadə ilə bağlı Azərbaycan dilində təlimat kitabını yükləyə bilərsiniz.

Təlimat kitabını yükləmək üçün link: https://drive.google.com/file/d/0B7uyMv1mHyxBNEZKbWNoYi10clU/view?usp=sharing

Məktəbdə texnologiyadan istifadə səviyyəsini müəyyən etmək üçün 7 sual

Əgər bir məktəbdə hansı səviyyədə texnologiyadan istifadə olunduğunu bilmək istəyirsinizsə müəyyən suallar var ki onlara cavab tapmalısınız. Bu sualları qısa olaraq sadalayaq.  SEKIL

  1. Məktəb lazım olan qurğularla, kompüterlərlə, elektron lövhələrlə, proyektorlarla və sürətli internetlə təmin olunubmu?
  1. Məktəbdə müəllimlərin fəaliyyətini dəstəkləyən, onlarla əməkdaşlıq edən, texnologiya ilə bağlı qarşılarına çıxan  problemləri həll etməyə kömək edən, onlarla dərs planlaşdıran, dərslərdə iştirak edən, texnologiyadan istifadə ilə bağlı yeni üsullarla tanış edən şəxs və yaxud şəxslər varmı?
  1. Müəllimlərinizin və şagirdlərinizin müntəzəm olaraq istifadə etdikləri online resurslar və saytlar varmı?
  1. Məktəbinizə dərs prosesində  kompüterlərdən istifadə olunurmu?
  1. Məktəbinizdə dərs prosesində planşetlərdən istifadə olunurmu?
  1. Məktəbin müəllimləri dərs hazırlayarkən web 2.0 alətlərindən, internet saytlarından nə dərəcədə istifadə edir?
  1. Məktəbdə elektron lövhələrdən düzgün istifadə olunurmu?

 

Unutmayaq ki, Biz bugün texnologiyadan dərslərdə istifadədən çox texnologiyadan düzgün istifadəyə önəm verməliyik. Dərsinizdə hər hansısa bir texnologiyadan və yaxud yeni üsuldan istifadə etməzdən əvvəl özünüzə sual verin : “Bu üsuldan və yaxud texnolgiyadan istifadə mənim dərsimin keyfiyyətini necə artıracaq?, şagirdlərimin dərsi mənimsəməsinə necə kömək edəcək?” İstənilən halda, dərslərdə texnologiyadan istifadə ilk növbədə dərsin keyfiyətinin artmasına , şagirdlərin bilik və bacarıqlarının inkişafına xidmət etməlidir.

Ölkəmizdə bu sahədə çox ciddi işlər görülür, müxtəlif layihələr həyata keçrilir və artıq nəticələr əldə olunmağa başlanılıb. Hər biriniz bu prosesə dəstək olmağa çağırır, dərslərinizdə uğurlar arzulayıram.

Dərsdə istifadə etmək üçün stikerlər və şəkillər

Hörmətli müəllimlər.   Screen Shot 2015-12-02 at 8.36.28 AM

Şagirdlərinizin dərsə   marağını cəlb etməyin, onların fəaliyyətini qiymətləndirməyin bir üsulu da şagirdlərə müxtəlif stikerlər verməkdir. Aşağıdakı linkdə şagirdlərinizə verə biləcəyiniz müxtəlif stikerlər, şəkillər, rəngləmə vərəqləri  tapa bilərsiniz. Şəkillərdən eyni  zamanda dərs, tapşırıq hazırlayan zaman da istifadə edə bilərsiniz.

Şəkilləri yükləmək üçün link :https://drive.google.com/file/d/0B7uyMv1mHyxBUmdrTm5IRFNIaXM/view?usp=sharing

 

Rollu oyunlar üçün şəkillər

Rollu oyunlar, hekayələri canlandıran12279009_1681476652070096_3157105776804026849_n.jpg zaman istifadə etmək üçün şəkillər:
Aşağıdakı linkdən şəkilləri yükləyin və çap edib kəsin.

Şagirdlər hekayə zamanı qəhrəmanları canlandırmaq üçün şəkilləri barmaqlarına keçirib istifadə etsinlər
https://drive.google.com/folderview?id=0B7uyMv1mHyxBa1lYcjYxX1N3c0E&usp=sharing

Dərslərinizdə istifadə edə biləcəyiniz 60 tapşırıq oyun növü

Hörmətli müəllimlər.

Aşağıdakı videonda dərslərinizdə istifadə edə biləcəyiniz 60 tapşırıq və oyun növü verilmişdir. Siz də öz istifadə etdiyiniz tapşırıq, oyun nözlərini bizimlə paylaşaraq, digər müəllimlərin də faydalanmasını təmin edə bilrsiniz. Faylı həmçinin videoun aşağısında verilmiş linkdən pdf formtında yükləyə bilərsiniz.


Faylı pdf formatında yükləmək üçün link : https://drive.google.com/file/d/0B7uyMv1mHyxBZnNsRG8zMFZHYVE/view?usp=sharing

Faylın video linki: https://youtu.be/dclBJdB10D4

Classdojo ilə sinifin yaradılması

Classdojo oyunlaşdırma üsullarından biridir. Oyunlaşdırma dedikdə görülməli olan işin Classdojodaha maraqlı formaya salınmasıdır. Müasir təhsildə bu üsullardan çox istifadə edilir. Oyunlaşdırmada ilkin məqsəd dərsi, sinif qaydalarının şagirdlər üçün maraqlı etməkdir.Classdojo şagirdlər üçün maraqlı olduöu üçün onlar dərsdə daha fəal iştirak edir, sinif qaydalarını pozmaqdan çəkinirlər. Calssdojo saytı sizə imkan veriri ki, saytda öz siniflərinizi yaradasınız və şagirdlərinizi əlavə edəsiniz. Classdojo vasitəsi ilə siz şagirdlərinizə onların fəaliyyətinə, davranışlarına, qrup işlərindəki fəaliyyətlərinə görə xallar əlavə edəsiniz və yaxud düzgün olmayan davranışına, fəaliyyətinə görə xal çıxasınız. Siz valideynləri də online sinifə dəvət edə bilərsiniz ki,valideynlər sinif fəaliyyətləri, övladlarının fəaliyyətləri barəsində daima məlumatlı olsunlar.


Sayta daxil olmaq üçün link:https://www.classdojo.com

Sayt haqqında video dərs:https://youtu.be/qEIO7BcZxq8

Milyonçu oyunu

Hörmətli müəllimlər.

milyonAşağıdakı linkdə milyonçu oyunun PowerPoint faylı verilmişdir. Zəhmət olmasa,  sizində belə resurslarınız varsa bizimlə bölüşün ki, digər müəllimlər də istifadə edə bilsin.

  • Linkə daxil olun və faylı kompüterinizə yükləyib,açın
  • Oyun PowerPoint proqramında hazırlanmışdır
  • Sualı bura yazın ” sözünü pozub yerinə sualınızı daxil edin
  • Düzgün cavab ” sözünü pozub yerinə düzgün cavabı  daxil edin
  • cavab 1, cavab 2, cavab 3, cavab 4 ” sözlərini  pozub yerinə düzgün cavablarıı  daxil edin
  • Faylı yaddaşda saxlayın və dərsdə mütləq nümayiş rejimində istifadə edin

Faylı yükləmək üçün link : https://drive.google.com/file/d/0B7uyMv1mHyxBMFRfcTlZM3pNTzA/view?usp=sharing

Digər oyunlar üçün link: http://people.uncw.edu/ertzbergerj/ppt_games.html

Təqdimat hazırlamaq üçün müxtəlif resurslar tapa biləcəyiniz 9 sayt

Hörmətli müəllimlər.

Aşağıdakı 9 saytdan təqdimat üçün müxtəlif resurslar tapmaq üçün istifadə edə bilərsiniz. Əgər sizin istifadə etdiyiniz digər saytlar varsa rəy hissəsində paylaşa bilərsiniz.

  1. http://www.worldofteaching.com– müxtəlif fənnlərə aid hazır dərslər. Dərslər ingilis dilindədir və PowerPoint faylı şəkilindədir.
  2. http://www.slideshare.net -hazır təqdimatlar
  3. http://www.presentationmagazine.com– hazır təqdimat şablonlar
  4. http://www.all-ppt-templates.com– təqdimat hazırlayarkən istifadə edə biləcəyiniz hazır arxa fonlar, şəkillər, fiqurlar, sxemlər.
  5. http://www.free-power-point-templates.com/categories/– müxtəlif kataqoriyalar şəkilində hazır təqdimatlar
  6. http://pppst.com–  hazır təqdimatlar tapa biləcəyiniz sayt
  7. http://www.presentationfx.com/biology.html -hazır PowerPoint şablonları
  8. http://ppttemplate.net -hazır PowerPoint şablonları
  9. http://www.powerpointstyles.com/category-16-people.html – hazır təqdimat şablonlar

Qruplar arasında maşın yarışı oyunu

Aşağıdakı linkdə qruplar arasında yarış təşkil etmək üçün PowerPoint faylı verilmişdir. Screen Shot 2015-10-25 at 12.36.17 AMOyun maşın yarışı şəkilindədir.

  • Linkdəki fayı kompüterinizə yükləyin və açın
  • Şagirdləri komandalara bölün
  • Suala düzgün cavab verən komandanın rənginə uyğun düyməyə kilkəyin, onda eyni rəngli maşın  bir addım irəli gedəcək
  • İlk 5 suala cavab verən komandanın maşını final xəttinə birinci çatacaq
  • Faylı yükləmək üçün link: https://drive.google.com/file/d/0B7uyMv1mHyxBbHdEczdodlFrbzg/view?usp=sharing

Digər oyunlar üçün link: http://people.uncw.edu/ertzbergerj/ppt_games.html

Pinterest sosial şəbəkəsi

Pinterest son illər məşhurlaşmış sosial şəbəkələrdən biridir. Pininterest sözlərindən https://www.pinterest.comgötürülmüşdür. Hərfi mənası sənə maraqlı olanı sancaqla, iynə ilə seç mənasını verir.bu sosial şəbəkə müxtəlif maraqlı şəkillər paylaşılır və sən özünə maraqlı lanları pinləyirsən. Pinterestdə müxtəlif mövzuda şəkillər paylaşılır ki Təhsil kateqoriyasına aid maraqlı şəkillər posterlər olur. Siz bu soial şəbəkədən həm öz resurslarınızı paylaşmaq üçün, həm də digər müəllimlərin işləri ilə tanış olmaq, yeni ideyalar axtarmaq üçün istifadə edə bilərsiniz.

Sayta daxil olmaq üçün link: https://www.pinterest.com

Azərbaycan dilində elektron resurslar

Hörmətli müəllimlər.http://e-resurs.edu.az/

Aşağıdakı saytda Azərbaycan dilində müxtəlif resursları tapa bilərsiniz. Saytdan istifadə çox asan və rahatdır. Sayta daxil olun. Axtarış hissəsindən və ya ətraflı axtarış hissəsindən istifadə edib sizə lazım olan resursu tapın. Saytda həmçinin müxtəlif faydalı saytlara keçidlər verilmişdir.

Sayta daxil olmaq üçün link:http://e-resurs.edu.az