Süni İntellekt ilə tanışlıq | Üz ifadəsi tanıma proqramlarının hazırlanması

📣 Süni İntellekt ilə tanışlıq | Üz ifadəsi tanıma proqramlarının hazırlanması

Süni İntellekt insanın üz ifadəsinə əsasən onun keçirdiyi hissləri təyin edib, müxtəlif qərarlar vermək bacarığına sahibdir. EdTech Azərbaycan və stemPedia- nın təşkilatçılığı ilə sizləri Süni İntellekt mövzusunda növbəti seminarımıza dəvət edirik.

🔔Görüş 23.12.2022 tarixində saat 20.00- da baş tutacaqdır.

🔗 Görüşdən öncə PictoBlox proqramını yüklməyiniz tövsiyyə edilir: https://thestempedia.com/product/pictoblox/

🔗Görüşə qoşulma link: https://youtu.be/Nq_aMgjQ8sQ

“Şifrə maşını” Python seminarı

Edtech Azərbaycan komandasının təşkilatçılığı ilə sizi Python proqramlaşdırma dili üzrə ödənişsiz seminarımıza dəvət edirik ! 

Seminarın proqramı:

  • Python proqramlaşdırma dili haqqında məlumat
  • Dəyişən tipləri
  • Password Generator proqramın;n hazırlanması
  • Sual cavab sessiyası

Tarix: 29 iyun 2022

Saat : 19.00 

Görüş Youtube platformasından canlı yayımla həyata keçiriləcəkdir. 

Qeydiyyat üçün link: https://forms.gle/LWmoqprHM5dtKy3M7

Canlı üçün link: https://youtu.be/6RhlEHQiRYs

Ətraflı məlumat üçün müraciət edə bilərsiz:

Mobil: (+994) 50 716 04 96

Ünvan: Bakı şəh. Cəfər Cabbarlı. 44

Website: www.edtech.az

Sosial: www.linktr.ee/EdtechAzerbaijan

#edtechaz #edtechazərbaycan #edtechazerbaijan #proqramlaşdırma #robototexnika #STEAM #Arduino #Python  #şagird #kurs #müəllim #təlim #seminar #masterklass 

Microsoft Teams platformasında bizi gözləyən 9 yenilik !

Dünyada qlobal pandemiya vəziyyəti yarandıqdan sonra onlayn öyrənmə platformalarında bir çox dəyişikliklər baş verdi. Ölkəmizdə tətbiq edilən virtual məktəb layihəsinin əsasını təşkil edən Microsoft Teams proqramında da bu müddət ərzində yeni imkanlar və funksiyalar istifadəçilər üçün əlçatan oldu. Son dövrlərdə Teams platformasında baş verəcək 9 yenilik ilə sizləri tanış etmək istəyirik:

  1. Reaksiya -emoji bölməsi. Artıq görüş iştirakçıları görüşdə mövzuya öz reaksiyalarını bildirmək üçün emojilərdən istifadə edə bilərlər. Emojilərdən məzmunu təqdim edən zaman da istifadə etmək mümkündür. Bu zaman hər bir istifadəçinin verdiyi reaksiya onu göstərən kiçik ekranın üzərində görünür. Məsələn ilin fəsilləri haqqında danışan zaman, “Kim yay fəsili sevirsə öz reaksiyasını -emojisini seçsin” deyərək bu funksiyadan tədris məqsədi ilə istifadə etmək. Bu imkan ekranın yuxarı hissəsində chat və breakout rooms düymələrinin arasında yerləşir. Əgər bu imkandan istifadə etmək istəmirsinizsə görüşün tənzimlənməsi seçimlərindən görüş üçün bu imkanı deaktiv edə bilərsiniz.
  2. Əl-qaldırma funksiyası- bildiyiniz kimi Microsoft Teams proqramında əl qaldırmaq imkanı mövcud idi. Artıq bu imkanı qısa yol düyməsi vasitəsi ilə də istifadə edə bilərsiz. Bunun üçün klaviaturadan CTRL+SHİFT+K düymələrini sıxmalısınız. Bu kombinasiyanı ikinci dəfə təkrar istifadə etməklə qaldırılmış əli aşağı salmaq olur.
  3. Görünüş dəyişdirici-  bu funksiya hm iştirakçılar həm də təqdimatçılar üçün əlçatandır. Sizin təqdimat etdiyiniz zaman asanlıqla fərqli görünüş rejimlərini seçməyinizə kömək edir. Məsələn bu rejimdən istifadə etməklə həm təqdimatı görə bilər həm də birlikdə rejimində iştirakçıları görə bilərsiniz. 
  4. Təqdimat rejimində qeydləri bağlamaq. Artıq Teams platformasında təqdimat edən zaman qeydlərinizi iştirakçılardan gizləmək mümkün olacaq. 
  5. High Contrast rejimi -bu rejimdən istifadə etməklə təqdimat zamanı təqdimatın rənglərini hər bir iştirakçı özünə məxsus fərdiləşdirə biləcək. Belə ki High Contrast rejimi seçildikdə şəkillər və qrafiklər arxa plana keçir və gölgə ilə örtülür. Nəticədə mətnlərdha diqqət çəkici  və oxunaqlı bir formaya çevrilir.
  6. Görüş yaratmağın yeni üsulu -görüş yaratmaq üçün artıq new meeting düyməsinə ehtiyac qalmayacaq. Yeni imkanın istifadəyə verilməsi ilə birlikdə təqvimdə dərs yaratmaq istədiyiniz zaman slotunun üzərinə sıxmaqla bir başa görüş yarada biləcəksiz. 
  7. Cavab seçimləri imkanları- Response option əmrindəki yönləndirmə və cavab tələb etmə seçimləri əlavə edilmişdir. Belə ki, require response seçimi aktivləşdirildiyi halda dəvət göndərilmiş iştirakçılar iştirak edib etməyəcəklərini bildirməlidirlər. Forward Allow forwarding seçimi ilə dəvətin başqa şəxslərə göndərilməsini qadağan edə bilərsiz. 
  8. Invite only seçimi -bildiyiniz kimi görüş haqqında tənzimləmələr hissəsində əvvələr təşkilata və ya linki olan şəxslər kimi seçimlər mövcud idi. Yeni dəyişikliklə artıq yalnız dəvət edilmişlər qoşula bilər kimi seçim mövcud olacaqdır.
  9. Teams görüşlərində 1000 nəfərlik limit.  Adi Teams video görüşlərindəki iştirakçı sayı ilə bağlı limit  A3 və ya A5 (E3 və ya E5 ) planına sahib təşkilatlarda artıq adi Teams görüşlərində 1000 qədər iştirakçıya qədər qaldırılmışdır.

Qeyd edək ki, bu imkanlardan bəziləri artıq istifadəçilər üçün əl çatandır. Digər imkanların isə mart ayının sonuna qədər tam istifadəyə verilməsi nəzərdə tutulub.

Mənbə

Microsoftun trend təhsil alətlərindən Wakelet

Son zamanlarda Wakelet trend təhsil aləti kimi müəllimlərin ən çox istifadə etdiyi alətlərdən birinə çevrilmişdir. Bəs Wakelet dərs mühitinizi necə dəyişdirir və sizin üçün daha asan bir öyrənmə mühiti yaradır? Növbəti yazımızda bu haqqda sizə məlumat verməyə çalışacağıq.

Wakelet platformu nədir?
Wakelet həm müəllimlər, həm şagirdlər üçün əlçatan və izləməsi asan olan ödənişsiz platformadır.Tədris zamanı lazım olan material və məzmunların rahatlıqla bir araya gətirilməsinə şərait yaradaraq, tədris prosesini asanlaşdırır. Wakelet öz istifadəçilərinə hər media tipinə uyğun məlumatların toplanması və məqsədəuyğun şəkildə təşkil olunması üçün imkan yaradır. 

Bəs müəllimlər və şagirdlər Wakelet platformuna necə daxil olur və ondan necə istifadə edirlər ?

Hal-hazırda dünyanın bir çox yerində müxtəlif sahədən insanlar Wakelet platformundan gündəlik fəaliyyətlərində istifadə edirlər: tədris sahəsində işçilər, tələbələr, idmançılar, bloggerlər, tədqiqatçılar, səyahətçilər, jurnalistlər, kitabxanaçılar, fotoqraflar və hətta təşkilatlar.  

İlk öncə, düşünürük ki, Wakelet platformunun şagirdlərin təhsil həyatındakı asanlaşdırıcı rolunu analiz etməklə, platformun önəmini vurğulaya bilərik. Şagirdlər Wakelet üzərindən rəqəmsal portfoliyo yarada bilərlər ki, bu da onların professional inkişafına və sinifdənkənar fəaliyyətlərdə iştiraklarının artmasına gətirib çıxarır. Bundan əlavə, hər hansı mövzuda tədqiqat işi apararkən Wakelet platformunun məlumatların toplanması və onun yenidən təşkilində, şagirdlərin öz qeydlərinin, video və ya şəkil məlumatlarının daxil edilməsində, qrup halında çalışarkən fikir mübadiləsində, həyata keçirdikləri layihələrin daha çox insana çatmasında olan rolu vurğulanmalıdır. Bir sözlə, tələbələr Wakelet Goggle Chrome uzantısından yaralanaraq, Wakelet kolleksiyasının gücündən istifadə etməklə araşdırmalarını asanlıqla idarə edə bilərlər.

Wakelet platformunun müəllimlərin tədris prosesində də müsbət rolu danılmaz faktdır. Biz bilirik ki, dərs planlanması müəllimlər üçün ən vaxt aparan və zəhmət tələb edən prosesdir. Wakelet isə bu prosesi daha əyləncəli hala gətirməklə yanaşı, müəllimlərin dərs planlanmasındakı kreativliyini də artırır. Həmçinin, dərs zamanı istifadə oluna bilən bütün növ materiallar sistemli halda bu platformda toplana və istənilən şəkildə nizamlana bilər, hansı ki, bu dərs zamanı lazım olan məlumat və materialların asan yolla əlçatan edir. Müəllimlər aktiv öyrənən olaraq daim yeni bacarıq və texnika inkişaf etdirir. Bu fikirdən yanaşsaq, onlar istər ilham verici bir podcast dinləmək, istər konfransdan ən yaxşı tövsiyələri götürmək, istərsə də düşündürücü bir məqalə oxumaq olsun, hamısını Wakelet kolleksiyalarına əlavə edə və istədikləri zaman yenidən nəzərdən keçirə bilərlər. 

Wakelet platformunun öyrənən üçün üstünlükləri:

  • 21-ci əsr bacarıqlarını inkişaf etdirir → yaradıcılıq, kommunikasiya bacarıqları, komandada işləmək qabiliyyəti, kritik düşüncə tərzi və s.
  • Rəqəmsali bacarıqlarını artırır;
  • Təqdimat bacarıqlarını inkişaf etdirir;
  • Qlobal əlaqələr yaradır;
  • Microsoft Teams daxilində bir tətbiq olaraq mövcuddur;
  • Məzuniyyət mərasimləri kimi tədbirləri dərc edərək, əsas çıxışların videolarını paylaşaraq, əlaqəli sosial media söhbətlərini arxivə qoyaraq və gündən foto yükləyərək dünyanın hər yerindən əlçatandır
  • Harda olursanız olun, hər zaman şagird və ya tələbələrinizlə, iş kollektivinizlə, həmkar və partnyorlarınızla bağlantıda qalmaqda yardım edir və s.

Sonda, onu deyə bilərik ki, Wakelet insanlara veb üzərindəki məzmunu tez və asanlıqla yadda saxlamağa, məqsədəuyğun təşkil etməyə və paylaşmağa imkan verir. Dünyanın bütün yerindən müxtəlif sahədə çalışan insanlar çox sayda qaynaq əldə etmək, portfel kolleksiyası yaratmaq üçün, xəbər bülleteni kimi və digər bir çox məqsədlər üçün Wakelet platformundan istifadə edirlər!

Daxil olmaq üçün link: https://wakelet.com/

Mənbə

İDEYA XƏRİTƏSİ NƏDİR? ONU NECƏ HAZIRLAMALI?

İdeya xəritələri öyrədənlər və öyrənənlər tərəfindən öyrənmə fəaliyyətlərində uzun müddətdir istifadə olunan bir vasitədir. Aparılan tədqiqatlar göstərir ki, ideya xəritələrinin hazırlanması yaddaşı möhkəmləndirir və məlumatın uzun müddət yadda qalmasına kömək edir. Eyni zamanda öyrənənin tənqidi düşüncə, analiz etmək kimi bacarıqlarını inkişaf etdirir. Öyrənilən mövzunun, fəaliyyətin, prosesin ideya xəritəsinin hazırlanması zamanı bu fəaliyyətin və ya mövzunun elementləri müəyyən olunur, onlar arasındakı əlaqələr araşdırılır. Nəticədə tədqiq edilən mövzu öyrənən üçün daha aydın, başa düşülən bir formaya çevrilir. İdeya xəritələrindən öyrənmə prosesində müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür: 

  • Qeydlər aparmaq üçün
  • Təhlil və analiz prosesində
  • Tədqiqat prosesində
  • Xülasə hazırlamaq üçün
  • Konsept və proseslərin vizullaşdırılması
  • Problemin həll yolunu araşdırmaq
  • Yaradıcılıq prosesində yeni məhsulun hazırlanması üçün
  • Planlaşdırma işlərində

Günümüzdə ideya xəritələri hazırlamaq üçün ödənişli və ödənişsiz müxtəlif alətlər mövcuddur. Əgər əvvələr bu alətlərdən istifadə edən zaman ideya xəritəsinə yalnız mətn və oxlar daxil etmək olurdusa, günümüzün alətləriə ideya xəritələrinə, fiqurlar, şəkil, video, linklər kimi müxtəlif obyektləri daxil etməyə imkan verir.  İdeya xəritəsiz hazırlanan zaman bu iki yanaşmadan istifadə edə bilərsiniz. 

1- ci üsulda ideya xəritəsinin əsas sualı daha sonra onun cavabını tapmağa kömək edən yardımçı suallar daxil edilir. Hər bir sualın cavabı xəritəyə əlavə olunur və cavablar arasındakı əlaqələr müəyyənləşdirilir.

2- ci üsulda isə ideya xəritəsi ilə bağlı şagird bütün bildiklərini xəritəyə daxil edir. Daha sonra bu elementlər müəyyən əlamətlərə görə qruplaşdırılır. Qruplar isə onları birləşdirən əlamətlərə -suallara birləşdirilir. Daha sonra qruplar arasındakı daxili əlaqələr müəyyən edilir.

İdeya xəritəsi hazırlayan zaman aşağıdakılara diqqət etməkdə fayda var:

  • Əsas tədqiqat obyektini və ya sualını ölçüsünə və rənginə görə digərlərindən fərqləndirin
  • İdeya xəritənizin eyni qrupa məxsus qollarının eyni ölçüdə və rəngdə edin
  • İdeya xəritənizin daha aydın olması üçün uyğun və düşündürücü şəkillərdən istifadə edin
  • İstinad mənbəyi kimi linklərdən istifadə ideya xəritənizi daha zəngin edəcəkdir

Bu yazımızıda sizə ideya xəritələri hazırlamaq üçün istifadə edə biləcəyiniz 5 müxtəlif aləti təqdim edirik.

  1. https://coggle.it/  – ödənişsiz platformadır. İnternet brauzeri  üzərindən çalışır. Hazırladığınız xəritəni şəkil və ya pdf kimi yükləmək imkanı təqdim edir. 
  2. https://www.mindmup.com/ – internet brauzeri üzərindən çalışan növbəti platforma. Hazırladığınız ideya xəritələrini müxtəlif ölçülərdə və formatlarda yaddaşda saxlamağa imkan verir.
  3. Bubbl.us– asan istifadəçi imkanlarına görə digər ideya xəritəsi proqramlarından fərqlənir. Əgər bu işdə yenisinizsə qısa müddətdə öyrənib yüksək keyfiyyətli işlər hazırlaya bilərsiz.
  4. https://www.mindomo.com/ – brauzer üzərindən işləyir. İlk 3 ideya xəritəsini hazırlamaq pulsuzdur. Hazırladığınız xəritələri müxtəlif formatlarda saxlamaq və paylaşmaq imkanı təqdim edir.
  5. https://simplemind.eu/ – proqram şəkilində kompüterə yüklənən bu alət ideya xəritələrində səs və digər media resurslarından asanlıqla istifadəsinə imkan verir.

Verlmiş videoda Bubbl.us ilə ideya xəritəsinin hazırlanması qaydası ilə tanış ola bilərsiz.

İdeya xəritələrinin hazırlanması

Öz Artırılmış Reallıq nümunəni necə hazırlamalı

Artırılmış Reallıq tətbiqetmələrindən istifadə etməyə başlayan müəllimləri ilk andan bir sual düşündürür: “ Öz Artırılmış reallığımı hazırlaya bilərəmmi?” Çox funksiyalı və mürəkkəb Artırılmış Reallıq nümunələri hazırlamaq üçün yüksək texnoloji biliklər və alətlər tələb olunsa da, müəyyən alətlərin köməyi Artırılmış Reallıq nümunələri sadə və rahat formada hazırlamaq mümkündür. Üstəlik bu nümunələr sadəcə müəllimlər tərəfindən deyil, şagirdlər tərəfindən dərs zamanı öyərnmə prosesinin bir hissəsi kimi də hazırlana bilər. Bildiyimiz kimi, Artırılmış Reallıq elementlərindən adətən müşahidəsi çətin, şagirdlər üçün təhlükəli və ya sinif otağında əlçatmaz olan proseslərin tədqiq edilməsində istifadə olunur. Məsələn, ayın səthini müşahidə etmək üçün şagirdləri aya aparmaq əlçatmazdır. Lakin Artırılmış Reallıq tətbiqetmələri vasitəsi ilə şagirdləriniz ayın səthinə virtual səyahət edə bilirlər. Bu və buna mənzər nümunələri nəzərdən keçirdikdə məlum olur  Artırılmış reallıqdan buna bənzər formalarda istifadə öyrənənə yeni imkanlar yaratsa da, şagirdin yaradıcılıq bacarığını inkişaf etdirməsi üçün təqdim etdiyi imkanlar məhduddur. Bu səbəbdən təhsildə Artırılmış reallıq tətbiqetmələri hazırlayan şirkətlər şagird yaradıcılığını inkişafına müsbət təsir göstərən, şagirdlərə öz fikirlərini fərqli bir formada nümayiş etdirmək imkanı yaradacaq tətbiqetmələr üzərində çalışırlar. Biz təhsil işçilərini düşündürməli  olan məsələ isə şagirdləri öz Artırılmış Reallıq nümunələrini hazırlaya biləcəkləri fəaliyyətlərlə təmin etmək olmalıdır. 

Şagird öz artırılmış reallıq nümunəsini hazırlayan zaman:

  • Öz yaradıcılıq bacarığını göstərmək üçün imkan qazanır

  • Əgər layihə hazırlayırsa, tədqiqat aparırsa  Artırılmış reallıq yekun məhsulu fərqli bir formada nümayiş etdirmək imkanı yaradır

Bu yazımda sizləri  MoatBoat adlanan tətbiqetmə ilə tanış etmək istərdim. Tətbiqetmədən istifadə etməklə həm özünün daxilində olan Artırılmış Reallıq nümunələrinə baxmaq, həm də yeni Artırılmış Reallıq nümunələri yaratmaq olar. MoatBoat 15 mühiti və 10000 çox elementi ilə sizə müxtəlif icmaları- dünyaların artırılmış reallığını yaratmağa imkan verir. Tətbiqetməyə daxil olduqdan sonra Explore bölməsindən hazır Artırılmış reallıq nümunələrini nəzərdən keçirmək olar.

Create bölməsindən yeni Artırılmış Reallıq nümunəsinin yaradılması üçün istifadə edilir.Bu zaman əvvəlcə mühit seçilir. Daha sonra + işarəsinə klikləməklə, Type bölməsində yazmaqla və ya mikrafon işarəsinin üzərinə klikləyib əlavə etmək istədiyiniz obyektin adını inglis dilində səsləndirməklə Artırılmış Reallığın elementlərini mühitinizə daxil edə bilərsiniz. Modeli hazırladıqdan sonra Artırılmış Reallığa çevirmək və ya bir başa Artırılmış reallığın üzərində işləyərək hazırlamaq mümkündür. Bunun üçün ekranın yuxarı hissəsində sağ tərəfdə yerləşən kuba bənzər işarədən istifadə olunur.

Proqramın daxilində aşağıdakı mövzularda Artırılmış Reallıq nümunələri tapa bilərsiniz:

– Marsda  koloniya quran insanlar

– Ad günü

– Meşədəki bir düşərgə

– Parkda

– Çimərlik

– Məktəbdə və s.

Hazırladığınız Artırılmış Reallıq modelləri  isə My Worlds bölməsində yaddaşda saxlanılır. Tətbiqetmə həm Android tipli qurğularda, həmdə İOS tipli qurğularda pulsuzdur.

Tətbiqetməni İOS qurğularına yükləmək üçün link: https://apps.apple.com/us/app/moatboat/id1294845531?ls=1

Tətbiqetməni Android tipli qurğulara yükləmək üçün link: https://play.google.com/store/apps/details?id=com.moatboat.moatboat&hl=en_US

Postun əsli: https://www.edtech.az/blog/oz-artirilmis-realliq-numuneni-nece-ve-niye-hazirlamali

Active Inspire proqramında Poly Up maşınlarında istifadə

Hörmətli müəllimlər,

Poly Up maşınlarından asanlıqla elektron lövhə üçün dərslərpA hazırlayan zaman istifadə etmək mümkündür. Bu sizə imkan verəcək ki, Poly up maşınlarını dərsinizin bir hissəsinə çevirəsiniz və dərsin müxtəlif hissələrində ondan istifadə edəsiniz. Məlumdur ki, Poly up maşınlarının və chiplərinin hər birini link vasitəsi ilə paylaşmaq mümkündür. Bu linklərdən eyni zamanda Active İnspire proqramında da istifadə edə bilərsiniz. Bunun üçün:

  1. Poly Up səhifəsinə açıb, istədiyiniz maşının və ya chipin linkini (ünvanını) kopyalayırsınız
  2. Active İnspire proqramını açıb, Poly Up maşınını link kimi daxil etmək istədiyiniz şəkili daxil edirsiniz.
  3. Daxil etdiyiniz şəkili seçib- İnsert bölməsinə daxil olursunuz
  4. İnsert bölməsindən- Link alt menyusunu seçib- website əmrini seçirsiniz
  5. Poly Up maşının və ya chipinin linkini və ya adressini “Enter a website to link” hissəsinə yapışdırırsınız.
  6. Add link as  bölməsində isə sonuncu əmr olan “existing object” seçimi seçdikdən sonra “…” işarəsinə klikləyib istinadı və ya linki  daxil etmək istədiyiniz şəkili seçirsiniz. Ok düyməsinə klikləməklə prosesi başa çatdırırsınız.

Eyni zamanda Poly Up maşınlarının linklərindən  sinifdə istifadə edə biləcəyiniz oyunlar hazırlaya bilərsiniz. Bunun üçün, Active inspire proqramında şəkillərə müxtəlif maşınları link kimi əlavə edirsiniz. Şagirdlər şəkili seçməklə, açılan maşını və ya chipi həll edirlər və əvvəlcədən elan olunmuş xalı qazanırlar. Müəyyən zaman məhdudiyyəti qoymaqla, oyunu bir qədər mürəkkəbləşdirmək olar.

Video dərsi izləmək üçün link: https://youtu.be/ilRioor9R0w

Nümünə faylı yükləmək üçün link: https://drive.google.com/file/d/1i4wjagaUOTx-YC-4k5tLHtfdvU0ExTcp/view?usp=sharing

Poly Up resursu haqqında video dərslər

Poly Up Riyaziyyat və alqoritmik düşüncənin tədrisində istifadə olunan onlayn resursudur. Resurs:

  • Müxtəlif yaş qrupları ilə istifadə oluna bilər
  • Kompüter, planşet, telefon üzərindən istifadə oluna bilər
  • Oyun əsaslı olduğu üçün uşaqlar üçün maraqlı və cəlb edicidir
  • Layihə əsaslı öyrənmədə müxtəlif layihələrin hazırlanmasında istifadə oluna bilər
  • Bir məsələyə müxtəlif yanaşmalar ortaya qoymağa imkan verir
  • Şagirdlərin problem həll etmə, yaradıcılıq, tənqidi düşüncə bacarıqlarını inkişaf etdirir

Daha ətraflı məlumat üçün aşağıdakı video dərsləri izləməyinizi tövsiyyə edərdim:

1. Poly Up platforması ilə tanışlıq

2. Poly Up maşınları və onlardan necə istifadə etməli?

 

3. Poly Up- da qeydiyyat və maşınları kəşf et !

4. Poly Up da öz maşınını yarat !

 

Bir neçə addımda komiks, karikatura hazırlama

Şagirdlərinizə yerinə yetirə biləcəyiniz tapşırıq növlərindən biri də komiks, karikatura hazırlamaqdır. Əksər hallarda müəllimlər komiks və yaxud karikatura hazırlamaq kimi proqramların çətin olduğuna görə, dərslərində belə proqramlardan istifadə etmirlər. Bu  video dərsimizdə sizləri istifadəsi olduqca asan Toonytool.com aləti ilə tanış etmək istəyirəm. Saytdan istifadə etməklə komiks, poster, karikatura hazırlamaq olar.

image (3)

Saytdan müxtəlif məqsədlərlə və müxtəlif formalarda  istifadə etmək mümkündür. Məsələn:

  1. Müəllim şagirdlər üçün qısa zamanda öyrədici material, poster hazırlaya bilər.
  2. Şagirdlər saytdan istifadə edib dərs zamanı hansısa mövzuda poster, komiks, karikatura hazırlaya, dialoq qura bilərlər.
  3. Müəllim dərsdən sonra şagirdlərə, dərs zamanı öyrəndikləri bir faktı poster şəklində hazırlamağı tapşıra bilər.

Dərslərdə bu kimi tapşırıqlardan və saytlardan istifadə şagirdlər üçün dərsi daha maraqlı, cəlbedici edir. Eyni zamanda şagirdlərin yaradıcılıq, İKT bacarıqlarının inkişafına müsbət təsir göstərir. Hazırladığınız posterləri, dərsdə  saytdan istifadə ilə bağlı ideyalarınızı şərh hissəsində bizimlə paylaşmağı unutmayın.

 

 

İnteraktiv tapşırıqlar hazırlamaq üçün sayt

Hörmətli müəllimlər,

Şagirdlər tapşırıqlar hazırlamaq üçün istifadə olunan müxtəlif saytlar var. Bu gün sizləri belə saytlardan biri olan wizer.me saytı ilə tanış etmək istəyirəm . Saytı eyni tipli digər saytlardan fərqləndirən xüsusiyyətlər:

  • Açıq sual, test, boşluqu doldur, şəkil və video üzrə iş, düzgün sırala və s. tapşırıq növlərindən istifadə etmək mümkündür.
  • Tapşırıqların dizaynı üçün daha çox imkan var
  • Hər bir suala ayrıca bal təyin etmək, şagirdin düzgün cavabları görməsi imkanı
  • Müəllim şagirdin nəticəsinə və verdiyi  cavablara fikir bildirə bilməsi imkan

Sayt haqqında daha ətraflı məlumatı  aşağıdakı video dərsdən əldə edə bilərsiniz :

Şagirdlərdən yeni dövrdə tələb olunan XXI əsr bacarıqları

Hər bir dövr öz tələbləri ilə bərabər gəlir. Müasir dövrün də şagirdlərdən öz gözləntiləri var. Şagirdlərdən gözlənilən 21 əsr bacarıqları aşağıdakı posterdə verilmişdir. Bəs biz bir müəllim kimi onların bu bacarıqlara yiyələnməsinə nə dərcədə yardımçı oluruq?

21-esr

Onlayn interaktiv lövhə

Hörmətli müəllimlər,

İnternetdə bir çox onlayn lövhələr var ki, bütün sinifinizlə bu lövhələrdə məlumat mübadiləsi apara bilər, ideya xəritəsi yarada bilər, müzakirələr təşkil edə bilərsiniz. Bu video dərsimdə sizi bel onlayn lövhəələrdən biri ilə tanış edəcəm. Resursun üstünlükləri asan istifadəçi interfeysinin olması, lövhə ilə yanaşı müzakirə üçün chat imkanının olması, eyni zamanda bir snədin üzərində bütün sinifin işləmək imkanının olmasıdır.

Saytda daxil olmaq üçün link:https://awwapp.com/

BYOD nədir?

byod.png

BYOD   – Bring Your Own Device- “Öz Avadanlığını Gətir” təhsildə həyata keçrilən yeni layihələrdən biridir. Layihə  şagirdlərə öz texnoloji qurğularını- telefonlarının, planşetlərini, notebookularını  məktəbdə  gətirib dərslərdə istifadə etməyə icazə verir. Bugün ki yazıda hələ də bir çox məktəbin tətbiqi etməyə tərəddüd etdiyi bu layihə haqqında danışacam. Bu layihənin faydaları nədir?

  1. Texnologiyanın çox böyük sürətlə yenilənməsi nəticəsində məktəblərdəki texnologiya yenilənmək məcburiyyəində qalır. Bu isə çox böyük maliyyə yüküdür. Bu layihə məktəbləri çox böyük maliyyə xərcinən xilas edir.
  2. Şagirdlər məktəb qurğularınan istifadə edərkən, bəzən yerinə yetirdikləri iş yarımcıq qalır və evdən tapşırıqlarını tamamlaya bilimirlər. Lakin öz qurğularını gətirdikdə istənilən yerdən istənilən zaman öz tapşırıqlarına, dərslərinə davam edə bilirlər. Beləliklə layihə “İstənilən zaman istənilən yerdən öyrən” prinsipini dəstəkləyir.
  3. Şagirdlər dərs zamanı, dərsdən sonra elektron resurslara daxil olmaq imkanı qazanırlar
  4. Şagirdlər arasında əməkdaşlıq imkanlarını artırır.
  5. Hər bir şagirdə fərdi yanaşmaq imkanını artırır. Müəllimə şagirdin ehtiyacı olan matrealı asanlıqla şagirdlərlə paylaşa bilir.

Bəs layihəni tətbiq edən zaman nələrə diqqət etmək lazımdır?

  • Məktəb lazımı internet sürəti ilə təmin olunmalıdır, eyni zamanda internet təhlükəsizliyi ilə bağlı məsələlər həll edilməlidir.
  • Yaxşı olar ki, ilkin addımda bir və yaxud bir neçə pilot siniflə layihəyə başlanılsın.
  • Layihəyə başlayacaq məktəbdə “Texnologiyadan düzgün istifadə” haqqında siyasət hazırlanıb şagird və müəllim heyəti ilə bölüşdürülməlidir.
  • Bu layihə ilə işləyəcək müəllimlər layihə, onun məqsədləri barəsində təlimatlandırılmalıdır.
  • Məktəbdə istifadə LMS sistemi qurulmalıdır.
  • Valideynlər bu prosesin bir hissəsi olmalıdır.
  • Öz qurğusunu olmayan şagirdlər nəzərə alınmalıdır.

Tədrisdə istifadə olunan yeni üsullardan biri -STEM nədir?

Screen Shot 2016-07-05 at 12.32.36 AM.pngSTEM  termini  Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) ve Mathematics (Riyaziyyat) sözlərinin ilk hərflərindən götürülmüşdür. Təhsildə istifadə olunan yeni  yanaşmalardan  biridir. Bu tədris metodunda riyaziyyat, texnologiya, mühəndislik, təbiət fənnlərinin tədrisinin ayrı ayrılıqda yox birlikdə əlaqaləli şəkildə həyata keçrilməsi tövsiyyə edilir. Bu tədris metodu müxtəlif ölkələrdə 1950- ci ildən bəri tətbiq edilir. Hal – hazırda ən çox tətbiq olunduğu ölkələr ABŞ, İngiltərə, Almaniyadır. Bu metodun əsas məqsədi şagirdlərdə “XXI əsr bacarıqlarını” formalaşdırmaq və inkişaf etdirməkdir. Bu tədris üsulunda şagirdlər riyaziyyat və təbiət fənnlərində öyrəndikləri müxtəlif məlumatları gündəlik həyatlarında qarşılarına çıxan müxtəlif problemlərə, müxtəlif layihələrdə tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəkilində işləmək bacarıqlarını, məntiqi  təfəkkürlərini, problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda öyrəndiklərini tətbiq etdikləri üçün öyrəndikləri məlumatları daha yaxşı mənimsəyir, daha uzun müddət onların yaddaşında qalır. Seçilən problemlerin və icra olunan layihələrin real həyatla əlaqaləi olmasına, eyni zamanda şagirdyönümlü olmasına xüsusi diqqət edilirş Bu metodla qurulan dərslər şagirdlər üçün daha maraqlı və daha cəlbedici olur, onlar dərslərdə daha fəal və həvəslə iştirak edirlər. Dərslərin keçirilməsi üçün müəllimnən xüsusi bilik və bacaraqırlaq tələb olunur. Çünki layihələr, seçilmiş problemlər nə qədər şagirdyönümlü olsa da müəllim layihələrin hazırlanmasında  və problemlərin həllində şagirdlərlə birlikdə fəaliyyət göstərir, onların fəaliyyətini istiqamətləndirir. Buna görə də STEM dəsləri keçrilən məktəblərdə müəllimlərə xüsusi təlimlər keçirilir.

Öz bloqunu hazırlamaq istəyənlər üçün 10 məsləhət

  1. Bloqunuzun mövzusunu, oxucu kütlənizi müəyyən edin və ona uyğun paylaşımlar edin.
  2. Bloqunuzun dizaynı yerləşdirdiyiniz məlumatlara, bloqunuzun oxucu kütləsinə uyğun olmalıdır. Bloqun dizaynı, istifadə etdiyiniz fontlar, arxa fon oxucunun gözünü yormamalıdır
  3. Paylaşdığınız məlumat keyfiyyətli, oxucu üçün yeni, asan anlaşılan və sadə dildə olmalıdır.
  4. Yazıların başlıqları oxucunun diqqətini özünə cəlb etməlidir. Eyni zamanda yazının məzmununa uyğun olmalıdır.
  5. Uzun cümlələr oxucu üçün cəlb edici deyil, bloqunuzda maraqlı videolar, şəkillər paylaşın
  6. Oxucularınızla ünsiyyətə girin, yazılan rəylərə vaxtında cavab yazın. Yerləşdirdiyiniz yazıların sonunda “Bu barədə siz nə düşünürsünüz?” tipli suallardan istifadə
  7. Bloqunuzu sosial şəbəkələrdə reklam edin. Bloqunuzla eyni adlı səhiflə açın.
  8. Məlumatları tez- tez yeniləyin
  9. Plagiatlıqdan uzaq olun, əmin olmadığınız məlumatı, yarımçıq məlumatı bloqunuzda yerləşdirməyin
  10.  Bloqunuzun quruluşunu elə seçin ki, oxucu üçün axtardığı məlumatı tapmaq asan olsun

Siz necə düşünürsünüz maraqlı bloqda daha nəcə olmalıdır?

Bütün sinifin bir sənədin üzərində işləyə biləcəyi sayt -titanpad.com

Hörmətli müəllimlər.

Bugün ki video dərsimdə sizə titanpad.com saytı haqqında məlumat verəcəm. Sayt sizə sinifinizdəki bütün  şagirdlərlə eyni anda  bir sənədin üzərində işləməyə imkan verir. Hər bir şagirdin əlavə etdiyi mətn, etdiyi dəyişiklik fərqli fərqlə göstərildiyi üçün şagirdlərdən kimin hansı işi gördüyünü izləyə bilirsiniz. Bundan başqa chat hissəsində müzakirə apara, sonda hazırlanan mətni kompüterinizə yükləyə bilərsiniz. Sayt pulsuzdur və qeydiyyat tələb etmir. Saytdan refleksiya mərhələsində, tədqiqat zamanı istifadə etmək olar. Video dərsdə saytdan istifadə ilə bağlı bir neçə ideya verilib, siz öz ideyanınızı şərh bölməsində digər həmkarlarınızla paylaşa bilərsiniz

Saytdan istifadə haqqında video dərs:

Öyrənmə fəaliyyətindəki əməkdaşlıq səviyyəsini müəyyən etmək üçün rubrik

Bu gün şagirdlərdə əməkdaşlıq, komanda şəkilində işləmək  bacarığının formalaşdırılması müasir təhsilin qarşısına qoyduğu əsas məqsədlərdən biridir. Bu bacarıqların əhəmiyyətini kiçik bir faktla vurğulamaq istəyirəm. Forbes jurnalında  2005- ci ildə dərc olunmuş məqaləyə əsasən : ” The National Association of Colleges and Employers (NACE) təşkilatı tərəfindən şirkətlər, biznes təşkilatları, özəl müəssələr arasında  sorğu keçirir. Sorğunun məqsədi onlardan yeni işçi qəbul edərkən hansı xüsusiyyətlərə önəm verdiklərini öyrənməkdir. Aparılan sorğu nəticəsində məlum olur ki, i.’ götürən təşkilatın önəm verdiyi bacarıqlar siyahısında əməkdaşlıq və komanda şəkilində işləmək bacarığı ilk sıradadır.

Şagirdlərlə istifadə etdiyiniz tapşırıqlarda, layihələrdə əməkdaşlıq bacarığının hansı səviyyədə tələb olunduğunu müəyyən etmək üçün, aşağıdakı rubrikdən istifadə edə bilərsiniz.rubric3

  1. Tapşırığı yerinə yetirmək üçün şagirdlərdən cütlər və ya qrup şəkilində birlikdə işləmək, əməkdaşlıq tələb olunmur.
  2. Şagirdlər tapşırığı yerinə yetirmək üçün cütlər və ya qruplar şəkilində birlikdə işləməlidir, lakin onlardan iş bölgüsü tələb olunmur.
  3. Şagirdlər tapşırığı yerinə yetirmək üçün birlikdə işləməlidir, onlar arasında iş bölgüsü olmalıdır, lakin onlardan birlikdə qərar qəbul etmək, müzakirə etmək tələb olunmur.
  4. Şagirdlər tapşırığı yerinə yetirmək üçün birlikdə işləməlidir, onlar arasında iş bölgüsü olmalıdır, onlardan birlikdə qərar qəbul etməlidirlər, lakin onların fəaliyyəti bir -biri ilə əlaqəli deyil
  5. Şagirdlər tapşırığı yerinə yetirmək üçün birlikdə işləməlidir, onlar arasında iş bölgüsü olmalıdır, onlardan birlikdə qərar qəbul etmək, müzakirə etmək tələb olunur, onların fəaliyyəti bir-biri ilə əlaqəlidir

Müəllimin inkişafında şəxsi öyrənmə şəbəkələrinin rolu

Əgər bu gün təhsil sistemimizdə ciddi dəyişikliklər etmək, təhsil səviyyəsini dünya standartları səviyyəsinə qaldırmaq istəyiriksə, dəyişikliyə ilk növbədə özümüzdən başlamalıyıq. Biz müəllim kimi dünya təhsilində istifadə olunan ən son metodlardan, texnologiyalardan xəbərdar olmalı və onları öz dərslərimizdə tətbiq etməliyik. Bu isə müəllimin şəxsi öyrənmə şəbəkəsinin olmasının əhəmiyyətini artırır.  Bəs şəxsi öyrənmə şəbəkəsi nədir?  Şəxsi öyrənmə şəbəkəsi dedikdə sizin ətrafınızda olan, müxtəlif vasitələrlə əlaqə saxladığınız müəllimlər, təlimçilər, pedaqoji sahədə çalışan şəxslər, təhsil işçiləri  nəzərdə tutulur. İnformasiyanın çox böyük sürətlə yayıldığı bir dövrdə yaşayırıq. Öz biliklərimizi digər insanlarla paylaşır, qarşılaşdığımız problemlər, çətinliklər barəsində müxtəlif vasitələrlə həll yolu axtarırıq. Şəxsi öyrənmə şəbəkəsi sizə imkan verir ki, öz təcrübənizi digər insanlarla bölüşəsiniz, müxtəlif şəhərlərdə, ölkələrdə,  dünyanın müxtəlif yerlərində yaşayan təhsil sahəsində çalışan şəxslərlə əlaqə saxlayasınız. Əgər sizdə öz şəxsi öyrənmə şəbəkənizi yaratmaq istəyirsinizsə, ilkin olaraq öz məqsədinizi müəyyən etməlisiniz və buna necə nail olacağınızı dəqiqləşdirməlisiniz:Şəxsi öyrənmə

  • Hansı vasitələrdən, resurslardan istifadə edəcəyinizi planlaşdırın. Şəxsi öyrənmə şəbəkəsi qurmaq üçün siz müxtəlif vasitələrdən istifadə edə bilərsiniz: sosial şəbəkələr, internet saytları, bloqlar, forumlar, müəyyən qurumlar.
  • Kimlərdən öyrənəcəksiniz və kimləri öyrədəcəyinizi planlaşdırın. Öz sahəniz üzrə ekspert insanları müəyyənləşdirin eyni zamanda fikirlərinizi paylaşmaq istədiyiniz insanları seçin.
  • Hansı formada öyrənəcəksiniz və öyrədəcəksiniz. Siz texnologiyanın imkanlarından istifadə edib onlayn və yaxud üzbəüz şəkildə öyrənə və öyrədə bilərsiniz.
  • Öyrənmək üçün vaxtınızı planlaşdırın.

Şəxsi öyrənmə  şəbəkəni yaratmağa sosial media hesablarınızla başlaya bilərsiniz. Facebook, Google +, Twitter, Pinterest kimi sosial şəbəkələrdə təhsillə bağlı müxtəlif qruplara qoşulun, təhsil sahəsində çalışan, açıq fikirli, hər zaman öz bildiklərini bölüşməyə çalışan insanlarla əlaqələr yaradın və onların müntəzəm izləyin. Fikirlərinizi paylaşarkən şəbəkə etikası qaydalarına əməl edin və  münaqişələrdən uzaq olun. Oxumağa davam et “Müəllimin inkişafında şəxsi öyrənmə şəbəkələrinin rolu”