Animasiya hazırlamaq üçün proqram

Hörmətli müəllimlər,

Bugünki video dərsimdə sizləri animasiya hazırlamaq üçün istifadə olunan proqramla tanış edəcəm . Proqramın adı Frames -dir və öz asan interfeysinə, geniş imkanlarına görə digər proqramlardan fərqlənir. Dərsi izlədikdən sonra, proqram haqqında fikirlərinizi, dərsdə necə istifadə edəcəyinizlə bağlı ideyaları bizimlə bölüşməyi unutmayın. Hazırladığınız animasiyaları, şərh hissəsində paylaşmaqla həmkarlarınızla paylaşa bilərsiniz.


 

 

 

Advertisements

Artırılmış reallıq nədir?

Artırılmış reallıq (Augumented reality) texnologiyanın müasir sahələrindən biridir. Şübhəsiz ki, günümüzdə müxtəlif sahələrdə istifadə bu texnologiya təhsil sahəsində də tətbiq edilməyə başlanılıb. Uşaqlar tərəfindən maraqla qarşılanan bu texnologiyadan istifadə  hər gün daha da artr. Artıq internetdə artırılmış reallıqla bağlı müxtəlif fənnlərə aid çoxlu sayda proqram, dərs nümunələri, fəaliyyətlər tapa bilərsiniz. Artırılmış reallıq  virtual dünya ilə real aləmi özündə birləşdirən yeni bir texnologiyadır. Artırılmış reallığın müsbət tərəfləri: 

  • Uşaqlar üçün maraqlı və əyləncəlidir
  • Güclü motivasiya vasitələridir
  • Uşaqlar üçün müxtəlif tapşırıqları yerinə yetirərək öyrənmək imkanı vardır
  • Artırılmış  reallıqla verilən məlumat uşaqların daha uzun müddət yaddaşında qalır

Mənfi tərəfləri: 

  • Fəaliyyət ciddi planlaşdırılmasa, sadəcə oyun olaraq qala bilər.
  • Əlavə texnologiyadan istifadə tələb olunur
  • Bəzən əlavə vaxt itkisinə səbəb olur.
  • Ödənişli olan nümunələrin sayı çoxdur.

 

Günümüzdə müxtəlif  fənnlərin tədrisində geniş istifadə olunan bu texnologiya haqqında   bir nümunəni sizinlə paylaşmaq istəyirəm. Videoda istifadə edilmiş proqramın adı Quliverdir. Həm Android qurğularda həmdə İOS qurğularda istifadə etmək mümkündür.

 

 

Voki ilə öz qəhrəmanını canlandır

Hörmətli müəllimlər,

Voki müxtəlif qəhrəmanları canlandırmaq, səsləndirmək üçün istifadə olunan internet servisidir. Servis imkan verir ki saytdakı qəhrəmanları  mikrafonla səsini yazmaqla, və yaxud kompüterdə olan səsi əlavə etməklə canlandırasan. Bundan başqa saytın:

  • Hazır qəhrənamları redaktə etmək,
  • Mikrafondan, kompüterdən səs daxil etmək
  • Klaviaturadan daxil edilmiş mətni səsləndirmək
  • Arxa fonu dəyişmək
  • Hazırlanan işi müxtəlif sosial şəbəkələrdə paylaşmaq və linki olan şəxslərin qeydiyatdan keçmədən işi izləmək kimi imkanları var.

Servisdən müəllimlər və şagirdlər müxtəlif məqsədlərlə istifadə edə bilər. Sayt şagirdlərə geniş yaradıcılıq imkanları, eyni zamanda müəyyən məsələyə özləri üçün maraqlı olar formada münasibət bildirmək imkanı yaradır.

Məsələn: Ev heyvanları haqqında dərs zamanı, şagirdlərin hər biri sayta daxil olur, özünün seçdiyi ev heyvanının canlandırır və onun insanlar üçün əhəmiyyətini izah edir.  Bu sadə tapşırıq zamanı şagirdlərin özlərini ifadə etmək, yaradıclıq bacarıqları inkişaf edir. 

Əgər sizində resursdan istifadə haqqında maraqlı ideyanız varsa, bloqda şərh hissəsində yazmaqla digər həmkarlarınızla bölüşə bilərsiniz.

Təqdimat hazırlamaq və təqdim etmək üçün 10 qayda

teqdimatHörmətli müəllimlər.  Hər birimiz dərslərimizdə tez tez təqdimatlardan istifadə edirik. Bəs təqdimat necə hazırlanmalıdır? Necə təqdim olunmalıdır?

  1. Təqdimatın əvvəlində dinləyiciləri salamlayın, mövzunu və özünüzü təqdim edin
  2. Təqdimatda uzun cümlələr daxil etməyin, cümlələri qısa və aydın şəkildə daxil edin. Əlavə fikirləri isə şifahi şəkildə bildirin.
  3. Təqdimatınızın dizaynına xüsusi önəm verin : göz üçün yorucu tünd arxa fondan, oxuna bilməyən rəngdə, ölçüdə və fontda olan yazılardan istifadə etməyin.
  4. Həddindən çox animasiya göz üçün yorucu olduğu üçün, animasiyalardan yerində və düzgün istifadə edin
  5. Təqdimata əlavə etdiyiniz şəkillər, videolar, musiqi təqdimatın mövzusuna uyğun olmalıdır
  6. Başlıqları adi mətndən fərqləndirin, bötövlükdə böyük hərflərdən, italik sözlərdən, ehtiyac olmadıqca nömrələnmiş siyahılardan istifadə etməyin
  7. İstifadə etdiyiniz mənbələri qeyd edin
  8. Təqdimat zamanı sizi dinləyən şəxslərlə göz təmasında olun, səs tonunuzu təqdimat zamanı düzgün idarə edin
  9. Təqdimat edərkən, sizi dinləyənlərə arxanızı çevirməyin və təqdimatdan bir başa cümlələri oxumayın, təqdimatın mövzusuna əvvəlcədən hazırlaşın
  10. Sonda əsas fikrinizi, nəticənizi bir daha xatırladın və dinləyicilərə təşəkkür etməyi unutmayın

 

Təqdimat hazırlamaq üçün resurs

Hörmətli müəllimlər.
Aşağıdakı resursdan http://www.kizoa.com/təqdimat hazırlamaq  üçün istifadə edə bilərsiniz. Saytdan həmçinin şəkilləri redaktə etmək, şəkilləri birləşdirmək və digər məqsədlər üçün də istifadə edə bilərsiniz.
Sayta daxil olmaq üçün link:http://www.kizoa.com/

Animasiya hazırlamaq üçün sayt

Hörmətli istifadəçilər, aşağıda linkdə veriliş satdan istifadə edib, mətnlərinizi maraqlı formalara sala bilər, animasiya hazırlaya bilərsiniz. Təəssüf ki, Azərbaycan dilində olan əAnimasiya foday, ş,ç,ö,ğ,ü kimi simvolları dəstəkləmir.

Sayta daxil olmaq üçün link:http://www.fodey.com/generators/animated/wizard.asp