- Elektron lövhələrin üzərinə maqnit və digər əşyaları yapışdırmaq olmaz. Yapışdırılan əşyalar və maqnit elektron lövhənin kalibrasiyasına və yazının dəqiqliyinə pis təsir edir.
- Elektron lövhələrin üzəridə markerlə yazmayın. Markerlə yazılmış lövhələrin görüntüsünün keyfiyyəti aşağı düşür. İti əşyalardan yazı aləti kimi istifadə etməyin. Elektron lövhənin səthini cızmayın.
- Elektron lövhələrin lampalarının istifadə müddətində məhdudiyyət olduğu üçün, istifadə etmədiyininiz vaxtlarda elektron lövhələri söndürün. Elektron lövhə söndürüldükdən sonra, dərhal cərəyandan ayırmayın. Bir neçə dəqiqə gözləyib daha sonra cərəyandan ayırmağınız tövsiyyə edilir.
- Elektron lövhənin kabellərinə qarşı diqqətli olun: qatlamayın, asanlıqla tapdalana biləcək yerlərə qoymayın .
- Elektron lövhə işləyərkən onun proyektorunun həddindən çox isinə biləcəyi üçün proyektora toxunmamaları barəsində şagirdlərinizi təlimatlandırın. Eyni zamanda onlara izah edin ki, elektron lövhənin lampasına bir başa baxmaq gözləri üçün zərərlidir.
- Şagirdlərin boyu yazmaq üçün lövhənin yuxarı hissəsinə çatmırsa, stuldan və digər əşyalardan istifadə etməyin.
- Elektron lövhənin ekranını və kənar çərçivəsini hər zaman təmiz saxlayın. Elektron lövhəni təmizləməzdən əvvəl onu söndürün və kompüterdən ayırın. Interaktiv lövhənin ekranın üzərinə bir başa təmizləyici maddəni püskürtməyin, bunun əvəzinə təmizləyici maddəni lövhəni təmizlədiyiniz parçanın üzərinə püskürdün və və lövhəni onun vasitəsi ilə yumuşaq şəkildə təmizləyin. Proyektorun lampasına heç vaxt bir başa əl ilə toxunmayın
- Elektron lövhədə hansısa texniki problem yarandıqda bu barədə lazımı qurumlara məlumat verin.
Proyektorları niye gelib temizlemirler? 4ildir işledirik.
BəyənBəyən
Siz təmizlənilməsi ilə bağlı müraciət etmisiz?
BəyənBəyən
salam.. Bizim məktəbə də artıq 4 ildir elektron lövlər verilib işlədə bilmirik. Yəni lövhə var proyektr yoxdur..verməyiblər , nə də qoşmayıblar. Müraciyət etməkdən yorulduq Görəsən nə vaxtsa gəlib qoşacaqlar. ? 4 sinifdə 4 elektron lövhə maket kimi durur.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Təəssüf ki, bunan bağlı mən sizə kömək edə bilmərəm
BəyənBəyən