Öz bloqunu hazırlamaq istəyənlər üçün 10 məsləhət

  1. Bloqunuzun mövzusunu, oxucu kütlənizi müəyyən edin və ona uyğun paylaşımlar edin.
  2. Bloqunuzun dizaynı yerləşdirdiyiniz məlumatlara, bloqunuzun oxucu kütləsinə uyğun olmalıdır. Bloqun dizaynı, istifadə etdiyiniz fontlar, arxa fon oxucunun gözünü yormamalıdır
  3. Paylaşdığınız məlumat keyfiyyətli, oxucu üçün yeni, asan anlaşılan və sadə dildə olmalıdır.
  4. Yazıların başlıqları oxucunun diqqətini özünə cəlb etməlidir. Eyni zamanda yazının məzmununa uyğun olmalıdır.
  5. Uzun cümlələr oxucu üçün cəlb edici deyil, bloqunuzda maraqlı videolar, şəkillər paylaşın
  6. Oxucularınızla ünsiyyətə girin, yazılan rəylərə vaxtında cavab yazın. Yerləşdirdiyiniz yazıların sonunda “Bu barədə siz nə düşünürsünüz?” tipli suallardan istifadə
  7. Bloqunuzu sosial şəbəkələrdə reklam edin. Bloqunuzla eyni adlı səhiflə açın.
  8. Məlumatları tez- tez yeniləyin
  9. Plagiatlıqdan uzaq olun, əmin olmadığınız məlumatı, yarımçıq məlumatı bloqunuzda yerləşdirməyin
  10.  Bloqunuzun quruluşunu elə seçin ki, oxucu üçün axtardığı məlumatı tapmaq asan olsun

Siz necə düşünürsünüz maraqlı bloqda daha nəcə olmalıdır?

7 thoughts on “Öz bloqunu hazırlamaq istəyənlər üçün 10 məsləhət

  1. maraqlı mözvuya toxunduğunuz üçün təşəkkürlər, nözbədə dizayn maraqlı olmalıdır. Bəzən bizim bloq yazarları niyese ele dusnur ki coxlu animasiya qoymaq dizaynı gozleesdirir, ama eslinde ele deyilş adami tez sixir.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Salam, Elvin bəy. Artıq bir ildir bloqum fəaliyyətdədir. Oxucularımdan razıyam. Güman edirəm onlar da bloqdan razıdırlar. Çalışıram müxtəlif mövzuları canlandırım. Heç bir saytlardan məqalələr götürmürəm. Xarici saytlardan tərcümə edirəm. Hətta mətbəx bölümü belə özümə və bloq izləyicilərimə aiddir. Yəni demək istəyirəm ki, bloq yaradan hər bir şəxs çalışmalıdır ki, məlumatları yerləşdirərkən diqqətli olsun.
    Təşəkkür edirəm mövzu üçün.

    tərəfindən bəyənildi 1 şəxs

Rəy yaz