Elektron lövhələr yoxsa planşetlər hansı gələcəkdə tədrisdə daha böyük rol oynayacaq?

Elektron  lövhələrdən sinif otaqlarında istifadə olunması tədris prosesində çox böyük yenilik olmuşdur. Lakin texnologiyanın inkişafı nətixəsində, onların gələcəkdəki rolu böyük sual altındadır. Artıq bir çox ölkədə elektron lövhələrlə yanaşı planşetlərdən istifadə olunmağa başlanılıb. Bəs elektron lövhə yoxsa planşetlər hansı gələcəkdə tədrisdə daha böyük rol oynayacaq?. Düşnürəm ki,  gələcəkdə planşetlərdən daha çox istifadə olunacaq.  Bunu isə aşağıdakı səbələrlə əlaqələndirmək olar:

Planşet və ağıllı lövhə

  1. Elektron lövhələrlə müqayisədə planşetlərin qiymətləri daha aşağıdır. Müqayisə etsək: 10 sinifi elektron lövhə ilə təmin etmək üçün lazım olan məbləğdən daha aşağı xərclə həmin sinifləri planşetlərlə təmin etmək olar.
  2. Elektron lövhədən istifadə zamanı tapşırığı yerinə yetirən zaman lövhədən bir və yaxud iki şagird istifadə edə bilir. Bu isə sinfin digər şagirdlərinin fəaliyyətsiz qalmasına səbəb olur. Planşetlərdən isə qrup işləri, cütlərlə iş, bütün siniflə iş zamanı istifadə etmək mümkündür.
  3. Planşetlərdən istifadə edən zaman hər bir şagirdə fərqli tapşırıq vermək- şagirdə fərdi yanaşmaq mümkün olur.
  4. Elektron lövhələrdə şagirdlər adətən müəllimin əvvəlcədən hazırladığı tapşırıqları yerinə yetirilər və şagrdin yaradıcılığını məhdud çərçivədə göstərə bilir. Planşetlərdə isə müxtəlif tətbiqetmələr var ki, şagird onlardan istifadə etməklə öz yaradıcılığını müxtəlif formalarda əks elətdirə bilir. Planşetlərdən istifadə edib şagirdlər :kitab, poster, video hazırlayır, onunla interetdə müxtəlif resurslardan istifadə edirlər. Eyni zamanda elektron lövhələr üçün hazırlanmış bəzi dərsləri planşetlərdə də açıb istifadə etmək mümkündür. Bunula siz şagirdə” öz lövhəsində işləmək imkanı “ verirsiniz.
  5. Elektron lövhə daşına bilən deyil. Bunun əksinə planşetlərdən rahatlıqla sinifin müxtəlif hissələrində istifadə etmək olar.
Advertisements

Rəy yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma