Elektron lövhələrdən nə üçün istifadə etməliyik?

Elektron lövhələr günümüzdə siniflərimizə daxil olan texnologiya növlərindən biridir. Bəs nə üçün elektron lövhələrdən istifadə etməliyik? Elektron lövhələrdən istifadənin müəllim və şagird üçün faylovdaları nələrdir?

  1. Şagirdlərin dərsə qarşı marağını artırır, onlar dərsdə daha həvəslə, daha fəal iştirak edirlər
  2. Şagirdin və müəllimin vaxtdan səmərəli istifadə etməsinə imkan verir. Belə ki müxtəlif resurslar, maraqlı dizay, şəkillər, səslər, videolar, interaktiv tapşırıqlar ilə hazırlanmış dərs şagirdin dərsi daha az zamanda daha yaxşı səviyyədə mənimsəməsinə şərait yaradır. Dərsdə istifadə olunacaq bütün məlumatların: videoların, şəkillərin, tapşırıqların və s bir yerdə toplanması müəllimin vaxtdan səmərəli istifadə etməsinə imkan verir .
  3. Müəllim hazırladığı dərsi ayrı –ayrı siniflərdə istifadə edə, həmkarları ilə bölüşə bilər. Dərsdən sonra dərs ərzində lövhədəki fəaliyyəti müəllim yaddaşda saxlayıb şagirdlərinə dərs matrealı kimi verə bilər.
  4. Müxtəlif matreallardan istifadə, interaktivlik, vizuallıq mövzunun uzun müddət yaddaşda saxlanılmasına. eyni zamanda keçilən dərsin keyfiyyətinin artmasına imkan verir
  5. Müəllim üçün imkanlarının çox olması. Bir çox saytlar var ki onlarda elektron lövhələrin də dəstəklədiyi tapşırıqlar hazırlamaq mümkündür. Elektron lövhələrin də özlərinin resurslarını yerləşdirdiyi müəyyən saytlar var ki həmin saytlardan müxtəlid dərslər, ideyalar tapa bilərsiniz. Elektron lövhələr vasitəsi ilə sinifdə daxilində həyata keçirilməsi mümkün olmayan təcrübələri həyata keçirmək mümkündür.

Elektron lövhələrdən necə istifadə edəcəyiniz ilk növbədə sizin özünüzdən aslıdır. Lövhə ilə bağlı bacarıqlarınızı daima inkişaf etdirməyə çalışın, başqa müəllimlərlə lövhələrlə bağlı müzakirələr aparın, yeni tapşırıq növləri hazırlamağa çalışın və digər həmkarlarınızla bölüşün. Unutmayaq ki, bilik paylaşdıqca artır.

 

Rəy yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma