Məktəbdə texnologiyadan istifadə səviyyəsini müəyyən etmək üçün 7 sual

Əgər bir məktəbdə hansı səviyyədə texnologiyadan istifadə olunduğunu bilmək istəyirsinizsə müəyyən suallar var ki onlara cavab tapmalısınız. Bu sualları qısa olaraq sadalayaq.  SEKIL

  1. Məktəb lazım olan qurğularla, kompüterlərlə, elektron lövhələrlə, proyektorlarla və sürətli internetlə təmin olunubmu?
  1. Məktəbdə müəllimlərin fəaliyyətini dəstəkləyən, onlarla əməkdaşlıq edən, texnologiya ilə bağlı qarşılarına çıxan  problemləri həll etməyə kömək edən, onlarla dərs planlaşdıran, dərslərdə iştirak edən, texnologiyadan istifadə ilə bağlı yeni üsullarla tanış edən şəxs və yaxud şəxslər varmı?
  1. Müəllimlərinizin və şagirdlərinizin müntəzəm olaraq istifadə etdikləri online resurslar və saytlar varmı?
  1. Məktəbinizə dərs prosesində  kompüterlərdən istifadə olunurmu?
  1. Məktəbinizdə dərs prosesində planşetlərdən istifadə olunurmu?
  1. Məktəbin müəllimləri dərs hazırlayarkən web 2.0 alətlərindən, internet saytlarından nə dərəcədə istifadə edir?
  1. Məktəbdə elektron lövhələrdən düzgün istifadə olunurmu?

 

Unutmayaq ki, Biz bugün texnologiyadan dərslərdə istifadədən çox texnologiyadan düzgün istifadəyə önəm verməliyik. Dərsinizdə hər hansısa bir texnologiyadan və yaxud yeni üsuldan istifadə etməzdən əvvəl özünüzə sual verin : “Bu üsuldan və yaxud texnolgiyadan istifadə mənim dərsimin keyfiyyətini necə artıracaq?, şagirdlərimin dərsi mənimsəməsinə necə kömək edəcək?” İstənilən halda, dərslərdə texnologiyadan istifadə ilk növbədə dərsin keyfiyətinin artmasına , şagirdlərin bilik və bacarıqlarının inkişafına xidmət etməlidir.

Ölkəmizdə bu sahədə çox ciddi işlər görülür, müxtəlif layihələr həyata keçrilir və artıq nəticələr əldə olunmağa başlanılıb. Hər biriniz bu prosesə dəstək olmağa çağırır, dərslərinizdə uğurlar arzulayıram.

3 thoughts on “Məktəbdə texnologiyadan istifadə səviyyəsini müəyyən etmək üçün 7 sual

  1. Bütün bu suallar ətrafında təhsilimzdə müxtəlif layihələr həyata keçrilir. Müəllimlər də gərək bizə yaradılan imkanlardan maksimum istifadə etsinlər. Əminəm ki bir gün bu məsələlərin hamısı öz həllini tapacaq.

    tərəfindən bəyənildi 1 şəxs

Rəy yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma