“Flipped Classroom” nədir?

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bütün sahələrdəflippedolduğu kimi təhsil sahəsində də yeni texnologiyaları tətbiq edib , yüksək nəticələr əldə etmək mümkündür . Yeni texlologiyanın tətbiqi ilə təhsildə yaranmış modellərdən biri də “Flipped classroom” modelidir. Ətrafımızda olan şagirdlərə diqqət etsək, onlar daima telefondan, internetdən, kompüterdən, planşetlərdən istifadə edirlər və hər gün texnologiya ilə bu qədər təmasda olan şagird üçün dəftərdə tapşırıq həll etmək, mövzunu yalnız kitabdan oxumaq müəyyən qədər sıxıcı ola bilər. Şübhəsiz ki, şagirdin dərsi mənimsəməsi onun motivasiyasından, təhsilə olan münasibətindən çox aslıdır. “Flipped classroom” modelinin tətbiqində əsas məqsədlərdən biri də şagirdlərin həyatlarının bir parçası olan telefondan, kompüterdən onlar üçün daha faydalı olacaq-təhsil məqsədi ilə istifadə etmələrini təmin etmək dayanır.

Ənənəvi təlimdə müəllim informasiyanın şagirdlərə ötrülməsi sinifdə həyata keçirir. Daha çətin olan onu mənimsəmək və tətbiq etmək isə ev tapşırıqları vasitəsi ilə şagirdin özünə tapşırılır. Şagirdlərin çox az hissəsi bu çətin tapşırığın öhdəsindən gələ bilirlər, çünki müəllim olmadan mövzudan öyrəndiklərini tətbiq etmək onlar üçün həqiqətən çətindir. “Flipped classroom” modelində isə bu proses tərsinə çevrilir. Elə hərfi mənasına diqqət etsək, “Flipped classroom”- çevrilmiş, döndərilmiş sinif deməkdir. Ənənəvi sistemdən fərqli olaraq, “Flipped classroom” modelində informasiya şagirdə evdə verilir, onun mənimsənilməsi və tətbiq edilməsi sinifdə həyatda keçrilir. Bəs siz dərslərinizdə bu modeldən istifadə etmək üçün nə etməlisiniz?

Mərhələ 1

Müəllim dərsdə şagirdlərə izah edəcəyi mövzunu video dərs şəkilində hazırlayır. Həmçinin video dərsdən əlavə müəllim şagirdlər üçün mətn, sxemlər, şəkillər, cədvəllər və digər resurslar da hazırlaya bilər. Bundan sonra müəllim hazırladığı resursları şagirdlərin əldə edə biləcəkləri bir yerdə (sinif üçün nəzərdə tutulmuş blokda, internet səhifəsində, virtual sinifdə) yerləşdirir.

Mərhələ 2.

Şagirdlər müəllimin yüklədiyi resurslardan istifadə edib dərsə mövzu haqqında hazırlıqlı gəlirlər. Şagirdlər müəllimə mövzu ilə bağlı suallaını verə bilmək imkanları olmalıdır

Mərhələ 3.

Mövzunu barəsində hazırlıqlı gələn şagirdlərə müəllim mövzunu izah etməklə vaxt itirmir, bir başa mövzu ilə bağlı diskusiyalar , təcrübələr, aparır, yaradıcı tapşırıqları yerinə yetirirlər.

Mərhələ 4. Şagirdlərin fəaliyyətinin qiymətləndirilməsi, refleksiya ilə dərs yekunlaşır.

Flipped classroom” modelin üstünlukləri

  • Şagird istədiyi yerdən və istədiyi zaman dərsi dinləyə bilir
  • Şagird mövzunu fərdi imkanlarından aslı olaraq istədiyi surətlə öyrənə bilir
  • Şagirdin qrup işindən kənarda qalması, dərsi dinləməməsi kimi hallar olmur
  • Müəyyən səbəbə görə dərsdə iştirak etməyən, məktəbədə olmayan şagirdlər dərsdən geri qalmırlar.
  • Şagird istədyi zaman dərsi təkrar izləyə bilir, resursları yenidən əldə edə bilir
  • Bütün şagirdlərə fərdi münasibət göstərmək imkanı yaranır

“Flipped classroom” modelindən istifadə edərkən bəzi nüanslara xüsusi diqqət etmək lazımdır.

  • Müəllim əmin olmalıdır ki bütün şagirdlər bu resursları əldə etmək imkanına malikdır.
  • Bu modeldə müəllim- valideyn əlaqələri mühüm əhəmiyyət kəsb edir
  • Müəllim bir başa ünsiyyətə və fərdi köməyə ehtiyacı olan şagirdləri müəyyən etməli, onlara daima kömək göstərməlidir

Yazının pdf formatında yükləmək üçün link: https://drive.google.com/file/d/0ByFsEKm_tC4gOWZhek9pOWwxM0E/view?usp=sharing

One thought on ““Flipped Classroom” nədir?

Rəy yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma